Qlobal ərzaq qiymətləri son 6 ilin ən yüksək səviyyəsində | Banco.az

Qlobal ərzaq qiymətləri son 6 ilin ən yüksək səviyyəsində

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq açıqladığı Qida Qiyməti İndeksi Oktyabr ayı ilə müqyisədə Noyabr ayında 3,9% yüksələrək 105 bənd olaraq reallaşıb. Ərzaq qiymətləri 6 aydır fasiləsiz yüksəlir. 

FAO bu rəqəmin 2014-cü ildən bu yana görülən ən yüksək qiymət olduğunu qeyd edib.

FAO Qiymət İndeksi beynəlxalq qida ticarətindən ən yüksək əməliyyat həcminə malik məhsulların qiymətlərini aylıq olaraq izləyir. İndeksdə yer alan bütün alt sektorlarda da Noyabr ayında qiymət artımları baş verib.

FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi qlobal palma yağı ehtiyatlarının ciddi azalması ilə əlaqədar olaraq 14.5% artıb.

FAO Taxıl Məhsulları İndeksi Noyabr ayında  əvvəlki ayla müqayisədə 2,5% artıb. Argentinada aşağı istehsal və azalan ixrac, Amerika Birləşmiş Ştatları və Ukraynada aşağı istehsal proqnozları və Çindən gələn yüksək miqdarda tələb səbəbilə buğda qiymətlərdə artım müşahidə edilir.

FAO Şəkər Qiyməti İndeksi də mənfi hava şərtlərinin Avropa Birliyi, Tayland və Rusiya Federasiyasında məhsul gözləntilərini zəiflətməsi səbəbilə artım meylindədir.  

Ən sərfəli kredit üçün müraciət et

Avropanın artan pendir, süd və kərəyağı tələbləri səbəbilə FAO Süd Məhsulları İndeksi də artmaqdadır.  

FAO Ət qiymətləri İndeksi isə Oktyabr ayı ilə müqayisədə 0,9% nisbətində artıb. Qoyun, mal və donuz ətində bir əvvəlki ayla müqayisədə artımlar baş verib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et