Qlobal ərzaq qiymətləri iki aydan sonra bahalaşdı | Banco.az

Qlobal ərzaq qiymətləri iki aydan sonra bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri ötən iki aylıq geriləmədən sonra yenidən yüksəlişə keçib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) avqust ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq əsasda 3,1% artdığını açıqlayıb.

İyun və iyul ayları ərzində müşahidə edilən geriləmədən sonra indeksin ötən ay yüksəlməsinə şəkər, bitki yağları və taxıl məhsullarının qiymətinin bahalaşması səbəb olub.

Xatırladaq ki, qlobal ərzaq qiymətləri illik əsasda isə 32,9% artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram