Qlobal ərzaq qiymətləri bahalaşıb | Banco.az

Qlobal ərzaq qiymətləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətlərində 2,5 ilin ən yüksək aylıq artımı qeydə alınıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksi qlobal səviyyədə ərzaq qiymətlərinin artmasına diqqət çəkib.

Belə ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi (FFPI) 2024-cü ilin sentyabrında avqust ayı ilə müqayisədə 3 faiz artıb. Bu artım tempi 2022-ci ilin martından bəri ən böyük aylıq artım olub.

Sentyabrda indeks 2022-ci ilin martında çatdığı zirvədən 22,4 faiz aşağı olub.

FAO-nun məlumatlarına görə, qlobal taxıl qiymətləri aylıq müqayisədə 3 faiz artıb, illik müqayisədə isə 10,13 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bitki yağı qiymətləri də 4,6 faiz artaraq 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb. Bitki yağı qiymətlərində illik artım 17,78 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram