Müəllif: Tamara Mustafayeva, Banco.az
FAO-nun Qlobal Ərzaq Qiymətləri İndeksi ardıcıl 12 aydır ki, azalır.
Banco.az xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi mart ayında aylıq 2,15 faiz, illik isə 20,5 faiz azalıb.
Beynəlxalq ərzaq əmtəələrinin qiymətləri indeksi taxıl və bitki yağları üzrə qlobal kotirovkaların azalması ilə əlaqədar mart ayında ardıcıl 12-ci dəfədir ki, aşağı düşüb.
Bol tədarük, aşağı idxal tələbi və Qara Dəniz Taxıl Təşəbbüsünün genişlənməsi indeksin geriləməsində rol oynayıb.
Qeyd edək ki, FAO-nun Taxıl Qiyməti İndeksi də mart ayında aylıq 5,6 faiz, illik isə 18,5 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!