Qlobal əmək bazarını hansı gələcək gözləyir? | Banco.az

Qlobal əmək bazarını hansı gələcək gözləyir?

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə dünyada 473 milyon insan iş yeri tapmaqda çətinlik çəkib. Bu isə pandemiyadan əvvəlki dövrlə müqayisədə 33 milyon nəfər çoxdur.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının yeni hesabatında bildirilir. Müvafiq göstərici təkcə rəsmi işsizləri deyil, həmçinin çalışmaq istəyən, lakin müxtəlif səbəblərdən iş axtara bilməyənləri də əhatə edir. Beləliklə, 473 milyonun 205 milyonu işsizdir. 2023-cü ildə bu rəqəm üç milyon nəfər arta bilər. Eyni zamanda qlobal iqtisadiyyatın yavaşlaması səbəbindən 2023-cü ildə dünya üzrə məşğulluq səviyyəsinin artımı 2022-ci ildəki iki faizlik göstəricidən bir faizə enəcəyi gözlənilir. Bütün bunlar isə insanların aşağı maaşlı işlərdə daha çox saat çalışmaq məcburiyyətində olacaqlarından xəbər verir. Nəticədə qlobal bərabərsizlik getdikcə güclənərək qlobal işsizlik səviyyəsinin 2019-cu illə müqayisədə 16 milyon nəfər çoxalmasını təmin edəcək. Əmək bazarlarında artan gərginlikdən qadınlar və gənclər ən çox əziyyət çəkənlərdir.

Eyni zamanda, yaxın gələcəkdə nominal əmək haqqının inflyasiyanın kəskin artımı ilə ayaqlaşa bilməməsinin həyat səviyyəsinin aşağı düşməsinə və yoxsulların sayının artmasına səbəb olacağı bildirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, geosiyasi gərginlik, Ukraynadakı hərbi münaqişə, pandemiyadan sonra ölkələrin iqtisadiyyatının qeyri-bərabər bərpası və qlobal təchizat zəncirinin yenidən qurulmasının çətinliyi qlobal əmək bazarında vəziyyətin pisləşməsinə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram