Qlobal elektrik tələbatı 20 ilin ən yüksək tempilə artacaq | Banco.az

Qlobal elektrik tələbatı 20 ilin ən yüksək tempilə artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal elektrik tələbatının ötən 20 ilin ən yüksək tempilə artacağı gözlənilir.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) Elektrik Enerjisi Bazarının Orta İllik Yeniləmə hesabatına əsasən, bütün dünyada enerji sistemlərinin elektrikləşdirilməsinin intensivləşməsi tələbatın sürətlə artmasına səbəb olur.

İqtisadi artım, həddindən artıq isti hava, elektrikli nəqliyyat vasitələri və istilik nasosları kimi texnologiyaların geniş tətbiqi də bu artımda təsirlidir.

Qeyd edək ki, qlobal elektrik enerjisinə tələbat ötən il 2,5 faiz artıb. Bu il və 2025-ci ildə isə tələbatın təxminən 4 faiz artacağı gözlənilir. Bu nisbət, qlobal maliyyə böhranı və Kovid-19 pandemiyasından sonra müşahidə olunan müstəsna bərpa dövrləri istisna olmaqla, 2007-ci ildən bəri müşahidə edilən ən yüksək illik artım kimi diqqət çəkir.

Dünyanın bəzi böyük iqtisadiyyatlarında elektrik istehlakında güclü artım müşahidə olunur. Hindistanda tələbatın bu il güclü iqtisadi aktivlik və istilik dalğaları ilə 8 faiz artacağı təxmin edilir. Çində isə tələb artımının 6 faizi keçəcəyi gözlənilir. ABŞ-da iqtisadi artım və artan soyutma tələbi, eləcə də genişlənən məlumat mərkəzi sənayesinin tələbi artırması səbəbindən artımın 3 faizə çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bunun əksinə olaraq, Avropa İttifaqında (Aİ) elektrik tələbatının daha təvazökar bərpası və enerji böhranının təsiri ilə ardıcıl 2 il yaşanan daralmadan sonra 1,7 faiz artım proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram