Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch”: Qlobal düyü qiymətləri daha da bahalaşa bilər.
Banco.az xəbər verir ki, “Fitch Ratings” tərəfindən dərc olunan hesabata görə, dünyanın aparıcı istehsalçısı Çinin güclü yağış və daşqın riskləri ilə mübarizə aparması qiymətləri daha da bahalaşdıra bilər.
Agentliyin bu yaxınlarda dərc olunan hesabatında aşağıdakı ifadələrdən istifadə edilib:
“Çinin taxıl istehsal edən şimal-şərq bölgəsində məhsuldarlığı azaldacaq güclü yağış çox güman ki, onsuz da yüksək olan qlobal düyü qiymətlərinə təzyiq göstərəcək.”
Hesabata görə, Çin dünyanın ən böyük düyü istehsalçısıdır və hazırda ölkənin düyü istehsalının 23 faizini təşkil edən üç əyalət daşqın xəbərdarlığı səviyyəsini artırıb. Bunlar Daxili Monqolustan, Jilin və Heyluntszyan əyalətləridir.
Bizi sosial şəbəkələrdən izləyin!!