Qlobal dizelə tələbatın artacağı proqnozlaşdırılır | Banco.az

Qlobal dizelə tələbatın artacağı proqnozlaşdırılır

Müəllif:Mehin Qasımova/Banco.az

Qlobal dizel tələbatı tipik mövsümi modellərə uyğun olaraq mart ayında artmağa davam edəcək. 

Banco.az xəbər verir ki, bunu  rusiyalı ekspert Sergey Tereşkin müsahibəsində qeyd edib.

Ekspertin sözlərinə görə, dizel yanacağına tələbat pandemiyadan əvvəlki səviyyəyə qayıdıb, halbuki yaz və yay aylarında əksər bazarlarda ənənəvi olaraq qışdan daha yüksək olur. O əlavə edib ki, bu, isti mövsümlərdə nəqliyyatın intensivliyinin və tikinti həcminin artması ilə əlaqədardır.

O bildirib ki, ABŞ və Avropada sənaye aktivliyi uzunmüddətli enişdən sonra erkən yazda artıma qayıda bilər. Nəticədə qlobal dizel yanacağı ehtiyatları orta səviyyədən aşağı qalaraq qiymətlərə təzyiqi artıracaq.

Bundan əvvəl Rusiya baş nazirinin müavini  Aleksandr Novak Rusiyada xaricə dizel tədarükünə qadağa qoyulmasını istisna edib. Onun sözlərinə görə, bu yanacaqdan kənd təsərrüfatı istehsalçıları istifadə edir, lakin aqrar sahədə vəziyyət sabitdir: "Dizel yanacağına heç bir qadağa yoxdur, çünki ölkə istehlak etdiyindən iki dəfə çox dizel istehsal edir".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et