Qlobal çip böhranına növbəti zərbə bu ölkədən gəldi | Banco.az

Qlobal çip böhranına növbəti zərbə bu ölkədən gəldi

Tamara Mustafayeva, Banco.az

Malayziya hazırda davam etməkdə olan qlobal çip böhranına növbəti zərbəni vurub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Malayziyanın yarımkeçirici istehsalçısı "Unisem Bhd." şirkəti zavodlarından birini 7 gün müddətinə bağlayacağını açıqlayıb.

Şirkət koronavirusa yoluxma sayında artım baş verməsinin qarşısını almaq və işçilərinin sayını azaltmaq üçün ölkənin qərbində yerləşən Perak ştatındakı zavodda 15 sentyabr tarixinədək istehsalı dayandıracaq. Bu isə, öz növbəsində hazırda çip böhranı ilə mübarizə aparan avtomobil sektoru başda olmaqla, bir çox sektor üçün yeni problem deməkdir.

Xatırladaq ki, "Unisem" gəlirinin təqribən 12%-ni avtomobil sektorundan, 30%-ni isə istehlakçı seqmentindən əldə edir. Sözügedən zavodun müvəqqəti bağlanmasının belə illik istehsal həcmində 2%-lik defisit yaradacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətin səhmləri bu il 38% bahalaşmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et