Qlobal borclar birinci rübdə rekordunu yeniləyib | Banco.az

Qlobal borclar birinci rübdə rekordunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlin birinci rübündə qlobal borclar öz rekordunu yeniləyib.

Banco.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal borc monitorinqi" hesabatını dərc edib.

Hesabata görə, ilin birinci rübündə qlobal borcun məbləği 1,3 trilyon dollar artaraq 315 trilyon dollara çatıb.

Bu dövrdə öz rekordunu yeniləyən qlobal borcun məbləği ötən ilin eyni dövründə 307 trilyon dollar təşkil edirdi.

Qeyd edək ki, ardıcıl olaraq ikinci rübdə də qlobal borcun artması, əsasən inkişaf etməkdə olan bazarların hesabına baş verib. Sözügedən dövrdə inkişaf etməkdə olan ölkələrdə borc yığılmasının böyük hissəsi isı Çin, Hindistan və Meksikada cəmləşib.

Ən sərfəli kredit üçün müraciət et

İnkişaf etmiş iqtisadiyyatlarda borc məbləğinin ümumi artımı ilk növbədə ABŞ və Yaponiyada, daha sonra da İrlandiya və Kanadada müşahidə edilib. 

Borc məbləğində ən əhəmiyyətli azalmalar isə İsveçrə və Almaniyada baş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et