Qlobal borc bu il 71 trln. dollara çatacaq | Banco.az

Qlobal borc bu il 71 trln. dollara çatacaq

Böyük Britaniya şirkəti "Janus Henderson" bu il qlobal suveren borcun kəskin artacağını proqnozlaşdırır.

Bu il qlobal borcun 7,5% artaraq 71,6 trln. ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Qeyd edilir ki, sözügedən göstəricinin artımında əsas pay sahibi Çin, Yaponiya və ABŞ olacaq, yəni sözügedən ölkələr bu il ən çox borclananlardan olacaq.

Xatırladaq ki, 2021-ci ildə, qlobal suveren borc 7,8% artaraq 65,4 trln dollar təşkil etmişdi.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram