Qlobal böhran nə zaman rekord səviyyəyə çatacaq? | Banco.az

Qlobal böhran nə zaman rekord səviyyəyə çatacaq?

Müəllif - Aida İsaq, Banco.az

Qlobal böhran 2023-cü ildə rekord səviyyəyə çata bilər. Belə ki, bu dövr bir çox bazarlarda enişlərlə, şirkətlərin iflası, işsizliyin artması ilə müşayiət olunacaq. Böhrandan çıxışın 2024-cü ildə baş verəcəyi daha real görünür.

Banco.az xəbər verir ki, bunu "BusinessDrom" analitik agentliyinin baş direktoru Pavel Samiyev proqnozlaşdırıb.

“İqtisadi canlanmanın başlaması üçün müvafiq minimum nöqtəni aşmaq lazımdır. Tənəzzül və bərpa ilə bağlı müxtəlif variantları, ssenariləri eşidirik. Sürətli bərpa, yenilənmə və s. Əsas odur ki, dünya iqtisadiyyatı hələ də ən pik səviyyəyə gəlib çatmayıb. Çox güman ki, bu artıq gələn il baş verəcək".

Analitikin fikrincə, hazırda ayrı-ayrı sektorlarda - məsələn, enerji, sənaye və s. böhranlar müşahidə olunmağa başlayır. Bunlar isə yüksək inflyasiya üçün stimul rolunu oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Samiyev bildirib ki, Rusiyada minimum göstəricilər yəqin ki, 2023-cü ildə  müşahidə olunacaq. Eyni zamanda, o, ÜDM-in azalma dərəcəsinin indiki səviyyədə qalacağını, inflyasiyanın isə daha da aşağı səviyyədə olacağını proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et