Qlobal birjaların diqqət mərkəzində ABŞ inflyasiya göstəriciləri var | Banco.az

Qlobal birjaların diqqət mərkəzində ABŞ inflyasiya göstəriciləri var

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal birjaların diqqət mərkəzində ABŞ inflyasiya göstəriciləri var.

Banco.az xəbər verir ki, qlobal bazarlar ABŞ bank sektorunda yaşanan böhrandan sonra dəyişən FED-in faiz qərarı ilə bağlı proqnozları yaxından izləyərkən, digər tərəfdən də diqqətlərini ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına yönəldiblər.

Silikon Vadisi Bankının (SVB) iflas etməsi ilə Nyu-Yorkdan Tokioya qədər əksər investorlar bank səhmlərinə investisiyaları azaltmağa başladığı bir vaxtda qlobal maliyyə sektoru səhmlərinin bazar dəyəri 465 milyard dollar itirib.

Satışlar intensivləşdikcə Asiya birjalarındakı MSCI Asia Pacific Financials Index 2,7 faiz azalaraq noyabrın 29-dan bəri ən aşağı səviyyəyə düşüb. “Mitsubishi UFJ Financial Group Inc.” Yaponiyada 8,3 faizə qədər ucuzlaşarkən, “Hana Financial Group Inc.” 4,7 faiz, Avstraliyada “ANZ Group Holdings Ltd.” isə 2,8 faiz dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et