Qlobal bazarların diqqət mərkəzində ABŞ inflyasiya göstəriciləri var | Banco.az

Qlobal bazarların diqqət mərkəzində ABŞ inflyasiya göstəriciləri var

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarların əsas diqqəti bugün ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına yönəlib.

Banco.az xəbər verir ki, dünya fond birjalarında dünən müşahidə olunan müsbət tendensiyadan sonra bugün ABŞ-da açıqlanacaq yanvar ayı üzrə inflyasiya göstəriciləri həlledici rol oynayacaq.

ABŞ-da əmək bazarının güclü qaldığını göstərən məşğulluq məlumatlarından sonra hökumətin monetar siyasətinə dair artan narahatlıqların sözügedən inflyasiya göstəriciləri ilə əsaslı dərəcədə aradan qaldırılacağı gözlənilir.

Xatırladaq ki, ölkədə sonuncu dəfə açıqlanan dekabr inflyasiya məlumatları illik 6,5 faizlə bir ilin ən aşağı səviyyəsinə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et