Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq qəhvə bazarında 2021 və 2022-ci illərdə baş verən təbii hadisələr qiymət artımına səbəb olmuşdu.
Banco.az xəbər verir ki, qiymətlərdə 260 dollarlıq rekord səviyyə ötən ilin fevralında qeydə alınıb. Həmin zamandan etibarən qəhvə qiymətləri 36 faiz ucuzlaşaraq 154 dollara enib. Qlobal bazarlarda müşahidə olunan tendensiya qardaş ölkə Türkiyədə əks istiqamətdə irəliləməyə davam edir. Belə ki, ilin əvvəlindən başlayaraq, icarə, logistika və digər xərclərinin artması fonunda qəhvə qiymətləri bahalaşmağa başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!