ABŞ Birjaları Ağ Evin İqtisadi müşaviri Larry Kudlow "Fox Business"a verdiyi müsahibəsində, Çin ilə ticarət razılaşmasına dair qeyri-müəyyənlik və yekun razılaşma üçün hələ çox məsafə olduğunu qeyd edib. Bu açıqlama ticarət müqaviləsinin 1 Martda olmayacağı ehtimalını gücləndirib.
Həmçinin ABŞ Prezidenti Donald Tramp, Çin məhsullarına gömrük rüsumlarının artırılacağı 1 Mart tarixindən əvvəl Çin Prezidenti Xi Jinping ilə görüşməyəcəyini bildirib. Bu açıqlama ticarət danışıqlarında razılığın olmayacağına dair qorxuları artırıb.
Razılaşma olmasa, ABŞ 1 Martdan Çin məhsullarına gömrük rüsumlarını 25 faiz artıracaq.
Artıq indekslərdə satış başlayıb.
"Dow Jones" İndeksi 220,77 bənd geriləyərək 25169,53 bəndə, "Standard&Poors (S&P) 500" İndeksi 25,56 bənd azalma ilə 2706,05 bəndə, Nasdaq Texnologiya İndeksi isə 86,93 bənd geriləyərək 7288,35 bəndə düşüb.
Həmçinin ticarət razılaşmasına dair qeyri-müəyyənlik ilə neft qiymətləri düşüb.
Yeni gömrük vergiləri qüvvəyə minmədən ABŞ və Çinin razılaşmayacağına dair narahatlıqların təsiri ilə Asiya səhmlərində 2 ayın ən kəskin ucuzlaşması baş verib.
Əgər ABŞ və Çin bir-birlərinə qarşı gömrük rüsumlarını artırmaqda davam etsələr qlobal iqtisadiyyat ləngiyə bilər. Belə olan halda neftə təlabat azalacaq və qiymətlər daha da düşəcəkdir.
marja