Qlobal bazarlarda bütün diqqət və nəzərlər ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına və Avropa Mərkəzi Bankının faiz qərarına çevrilib.
ABŞ-da illik qiymət artımının 4,7% ilə 2008-ci ilin Avqust ayından bu yana görülən ən yüksək səviyyəni test edə biləcəyi proqnozlaşdırılır.
ABŞ-da açıqlanacaq kritik inflyasiya məlumatından əvvəl ABŞ və Asiya birjalarında vəziyyət çox pis deyil.
Məlumatdan əvvəlki son əməliyyat gününü ABŞ-da Wall Street indeksləri enişlə tamamlamışlar. Dow Jones 0,44%, S&P 500 0,18% geriləyib, Nasdaq 100 isə 0,03% yüksəlib.
İndekslər cüzi geriləsələr də rekorda yaxın səviyyələrdə əməliyyat olunmağa davam edirlər.
ABŞ-da May ayında istehlakçı qiymətləri indeksində illik 4,7%, aylıq 0,5% artım olacağı nəzərdə tutulur.
Mayda qida və enerji xaric istehlakçı qiymətləri indeksində (baza inflyasiya) illik 3,5% yartım olacağı gözlənilir.
Aprel ayında indeksdə illik 4,2%, aylıq 0,8% artım yaşanmışdı.
Günün bir başqa əhəmiyyətli ABŞ məlumatı həftəlik işsizlik müavinəti müraciətləri olacaq. Bu rəqəmin də 385 mindən 370 minə gerilədiyi nəzərdə tutulur.
Qlobal sərmayəçilər açıqlanacaq məlumatlarda, Fed-in istiqraz alışlarını azaltmağa başlamasına səbəbin və qalıcı bir inflyasiyanın olub olmadığının işarələrini axtaracaqlar.
Avropa Mərkəzi Bankının (AMB) ultra yumuşaq pul siyasətində bir dəyişikliyə gedəcəyi gözlənilmir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!