Qlobal bazarlarda dolların bahalaşması sona çatıb | Banco.az

Qlobal bazarlarda dolların bahalaşması sona çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlarda 3 həftədir ki, bahalaşmaqda olan dolların bu tendensiyası başa çatıb.

Banco.az xəbər verir ki, qlobal bazarlar FED-in mart iclasında uçot dərəcəsini 25 baza bəndi, yoxsa 50 baza bəndi artıracağını müzakirə etməyə davam edərkən, bu həftə əsas diqqət Federal Açıq Bazar Komitəsinin ötən ayki protokollarında olacaq.

Keçən həftə ümumilikdə 0,56 faiz dəyər qazanan və davamlı yüksəlişini üçüncü həftəyə qədər davam etdirən Bloomberg Dollar İndeksi isə hazırda 1,242 səviyyəsində stabilliyini saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et