Qlobal bazarlarda dollar yenidən bahalaşıb | Banco.az

Qlobal bazarlarda dollar yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dollar inkişaf etmiş ölkə valyutaları qarşısında dəyər qazanmağa başlayıb.

Banco.az xəbər verir ki, ABŞ inflyasiya məlumatları və ardınca Fed-in uzaqgörən açıqlamaları ilə dollar bu il inkişaf etmiş ölkə valyutaları qarşısında üzləşdiyi dəyər itkisini silməyə başlayıb.

Bloomberg Dollar İndeksi 0,3 faiz artaraq 1247 bənd təşkil edib. Bununla da, ilin əvvəlindən bəri 2,5 faizə çatan zərərin böyük hissəsi silinib.

Qeyd edək ki, yüksək faiz gözləntiləri səhmlərə də mənfi təsir göstərir. Cümə axşamı günü S&P 500 və Nasdaq 100 birjalarında 1%-dən çox dəyər itirən fyuçerslər ucuzlaşmaqda davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et