Müəllif - Aida İsaq, Banco.az
Nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı fonunda bəzi Afrika və Asiya dövlətləri daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranı güclənib.
Banco.az xəbər verir ki, ən çox zərər çəkənlər arasında Şri-Lanka, Nigeriya, Pakistan və digərləri yer alıb. Belə ki, Şri Lankada xəstəxanaların əməliyyatları təxirə salması, Nigeriyada beynəlxalq uçuşların dayandırılması, Pakistanda avtomobil zavodlarının bağlanması müşahidə olunur. Dünyanın ən həssas inkişaf etməkdə olan ölkələrindən bəzilərində vəziyyət getdikcə çətinləşir. Dolların çatışmazlığı xammaldan tutmuş dərman sektoruna qədər bir çox nöqtələrdə açıq şəkildə hiss olunur.
Dubayın “Tellimer” şirkətinin bazar mütəxəssisi Hasnain Malik potensial investorları ən riskli ölkələrin iqtisadiyyatlarına sərmayə yatırarkən daha diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, yaxın gələcəkdə bu dövlətlər dollar çatışmazlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!