Qlobal bazarlarda ABŞ-Çin gündəmi hökm sürür | Banco.az

Qlobal bazarlarda ABŞ-Çin gündəmi hökm sürür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Co Baydenin Çinlə əlaqələrin qısa zamanda yaxşılaşacağına dair açıqlamalarından ruhlanan qlobal bazarlar ABŞ-Çin münasibətlərini yaxından izləyir.

Banco.az xəbər verir ki, bazarlarda ABŞ-ın borc limiti ilə bağlı proseslər də gündəmin əsasını təşkil edir.

Xatırladaq ki, Wall Street indeksləri ötən həftə boyunca yüksəlib. Belə ki, həftə ərzində S&P 500 1,7 faiz, Nasdaq 100 isə 3,47 faiz dəyər qazanıb.

Yeni ticarət gününün birinci yarısında ABŞ fyuçers indeksləri bir qədər aşağı düşüb.

Bloomberg Dollar İndeksi də ötən həftə 0.5% dəyər qazandıqdan sonra səhər saatlarında bir qədər geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et