Qlobal bazarlar üçün kritik görüş | Banco.az

Qlobal bazarlar üçün kritik görüş

ABŞ və Çin arasında ticarət müharibəsi danışıqları başlayıb.

Qlobal bazarların maraqla gözlədiyi ticarət müharibəsi müzakirələri davam edir. Argentinadakı G-20 sammitində qəbul edilən qərar ilə başlanan yeni müzakirələrdə müqavilənin 2 Mart öncəsi bərqərar olması lazımdır. ABŞ Prezidenti Tramp, Çində başlayan iqtisadi səngimənin ABŞ üçün üstünlük olduğunu bildirib. Asiya bazarları danışıqların başlaması ilə yüksəliş qeyd edib.

ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Xi Jinping arasında Noyabrın sonunda Argentinada keçirilmiş görüşdə qəbul edilən qərar çərçivəsində keçirilən ilk üz-üzə görüşdə ABŞ nümayəndə heyətinə Ticarət Nümayəndəsinin müavini Jeffrey Gerrish başçılıq edir. Tərəflər arasında danışıqlar sabah da davam edəcək.

Asiya bazarları danışıqlarla bərabər yüksəlməyə başlayıb. Yaponiyanın Nikkey indeksi günortadan sonrakı seansda 2.75 faiz, Topix isə 2.91% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Cənubi Koreyada Kospi indeksi 1.21 faiz artıb, polad istehsalçısı Dongbunun səhmləri 30 faiz bahalaşıb. Avstraliya və Honq Konq bazarlarında da yüksəliş trendi var

Tramp ilə Xi arasındakı görüşdə ticarət müharibəsi üçün elan edilən "atəşkəs"dən sonra, tərəflərin razılığa gəlmələri üçün 90 günlük müddət verilmişdi. Ticarət müqaviləsinin 2 Martdan əvvəl bağlamaq lazımdır.

Tramp jurnalistlərə verdiyi açıqlamada, "Çin hazırda yaxşı getmir və bu bizi çox güclü bir mövqeyə gətirir. Biz çox yaxşı işlər görürük" deyib. Trampın sözlərinə, "Çin ilə bir müqavilə bağlayacağımızı düşünürəm. Onların da bir müqavilə bağlamaq istədiklərini hesab edirəm" şəklində davam edib.

Apple-ın səhmlərinin  düşməsindən narahat olmadığını bildirən Tramp, texnologiya nəhənginin məhsullarını ABŞ-da istehsal etməsini istədiyini bir daha təkrarlayıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et