Qlobal bazarlar FED sədri Cerom Pauelin çıxışını gözləyir | Banco.az

Qlobal bazarlar FED sədri Cerom Pauelin çıxışını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlar FED sədri Cerom Pauelin bu həftə baş tutacaq çıxışına fokuslanıb.

Banco.az xəbər verir ki, FED sədri Pauelin bankın 13-14 dekabr tarixlərindəki kritik faiz qərarından əvvəl çərşənbə günü Brukinqs İnstitutunun Vaşinqtonda keçiriləcək tədbirində çıxış edəcəyi gözlənilir.

Sədrin çıxışı zamanı FED tərəfindən ardıcıl 4 iclasda qəbul edilən 75 baza bəndi faiz artımı qərarından sonra bu dəfə 50 baza bəndi artımla ilin yekununu vuracağına dair siqnallar verəcəyi düşünülür. Ancaq ölkədə inflyasiya səviyyəsinin hələ də 2%-lik hədəfdən yüksək olmasına görə, bankın gələn il də faiz artımlarına davam edəcəyi mesajı da istisna edilmir.

Qeyd edək ki, bazarlar faiz dərəcələrinin gələn il 5% səviyyələrində zirvəyə çatacağını gözləyir. Ölkədə uçot dərəcəsi hazırda 3,75-4 faiz intervalındadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et