Müəllif:Ayşən İmanova/Banco.az
Avqustda qlobal avtomobil bazarı 3,5% azalıb - yayın son ayında 6,89 milyon minik avtomobili və yüngül kommersiya avtomobili satılıb.
Banco.az xəbər verir ki, bu barədə “GlobalData” konsaltinq şirkəti məlumat yayıb
Məlumata görə, ötən ay avtomobil satışında lider 1,97 milyon avtomobillə Çin olub. ABŞ 1,43 milyon avtomobillə ikinci yeri tutub. Qərbi Avropanın avtomobil bazarları 0,76 milyon, Şərqi Avropanın isə 0,36 milyon avtomobil sata bilib.
Qeyd olunur ki, Şərqi Avropada avtomobillərə tələbatın artması əsasən Rusiya ilə bağlıdır. Oktyabr ayında təkrar emal toplamada gözlənilən artım səbəbindən ölkədə satınalma aktivliyi yüksəlib.
Həmçinin Cənubi Amerikada dilerlər 0,26 milyon, Yaponiyada 0,33 milyon, Kanadada 0,16 milyon, Cənubi Koreyada isə 0,13 milyon avtomobil satıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!