Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin birinci rübündə dünyanın bir sıra aparıcı avtomobil istehsalçılarının satışları və mənfəətləri kəskin artıb.
Banco.az xəbər verir ki, “Stellantis”in gəlirləri (“Peugeot”, “Citroen”, “Fiat”, “Chrysler”, “Jeep”) 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz (47,2 milyard avro və ya 52,1 milyard dollar) artıb. İstehsalçının satışları 1,48 milyon avtomobilə yüksəlib. “Ford” 41,5 milyard dollar, “General Motors” 39,9 milyard dollar gəlir əldə edib. “Porsche”nin mənfəəti isə 40 faiz (1,55 milyard dollar) artıb.
Şirkətlər maliyyə göstəricilərindəki kəskin artımı istehlakçılardan gələn tələbatın artması ilə əlaqələndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!