Qlobal avtomobil bazarında vəziyyət necə dəyişib? | Banco.az

Qlobal avtomobil bazarında vəziyyət necə dəyişib?

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyanın “Toyota” şirkəti avtomobil satışlarına görə 2022-ci ildə ardıcıl üçüncü dəfə dünya üzrə liderliyi ələ alıb.

Banco.az xəbər verir ki, ötən illə müqayisədə şirkətin qlobal satışları 0,1 faiz azalıb. Yaponiyada “Toyota” avtomobillərinə tələbat 9,6 faiz azalaraq 1,9 milyona düşüb. Ancaq daxili bazardakı azalma 8,6 milyon avtomobilin xaricə rekord satışı ilə kompensasiya edilib.

Eyni zamanda, markanın əsas rəqibi “Volkswagen” yanvar ayında Ukraynadakı hərbi münaqişə və Çindəki tətbiq olunan məhdudiyyətlər fonunda tədarük zəncirlərinin pozulması səbəbindən 2022-ci ildə satışların son onilliyin minimumuna çatdığını söyləyib.

Elektrikli avtomobil nəhəngi "Tesla"nın gəlirləri isə müvafiq dövrdə illik müqayisədə 51 faiz artaraq 81,5 milyard dollara, xalis gəlir isə iki dəfə artaraq 12,6 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram