Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (http://scs.gov.az/uploads/pdf/qk4oy7tg98g0auw41mkl.pdf) 61.14-cü maddəsinə müvafiq olaraq “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar” (http://scs.gov.az/uploads/pdf/gu8yzq94qe8rqcjp997u.pdf) təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Banco.az xəbər verir ki, bu Qaydalar investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir.