"Commonwealth Bank of Australia"nın analitiki Dhar, ABŞ Mərkəzi Bankı Fed-in faiz endirməsi ilə əlaqədar olaraq qızılın unsiyasının 1500 dollara qalxa biləcəyi proqnozunu verib.
Dhar, "etibarlı liman" alışlarına bağlı olaraq qızılın qiymətinin yüksəlməsini gözlədiyini bildirib.
Dhar, Bloomberg TV-yə verdiyi açıqlamada, aşağı real faizlərin qızılda əsas istiqamətverici olduğunu sözlərinə əlavə edib
Qızıl ilin əvvəlindən bu yana 10.5 faiz dəyər qazanıb.
Bakı vaxtı ilə saat 13:00-da qızılın unsiyası 1424 dollar səviyyələrində olub.
Marja