Qızılın qiymətinin daha da bahalaşması gözlənilir | Banco.az

Qızılın qiymətinin daha da bahalaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“ANZ Group Holdings” qızılın rekord qıran bahalaşmasının davam edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Avstraliyanın “ANZ Group Holdings Ltd” bankı qızıl qiymətlərindəki rekord artımın davam edəcəyini və gələn ilin sonuna kimi qiymətlərin bir unsiya üçün 2900 dollara çatacağını proqnozlaşdırıb.

Sözügedən açıqlamada FED-in monetar ekspansiya dövrü, mərkəzi bankların alışları və təhlükəsiz liman alışlarında artımın yüksələn amillər olduğu qeyd edilib.

“ANZ” analitikləri Soni Kumari və Daniel Haynes öz qiymətləndirmələrində bildiriblər:

“Qızıl bir neçə rekord həddə çatdıqdan sonra daha da bahalaşmağa hazırdır.”

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, FED-in monetar ekspansiya yolu ilə bağlı proqnozlar, mərkəzi bankların alışları və geosiyasi gərginliklər səbəbindən təhlükəsiz limanlara meyillər sayəsində qızıl bu il 20 faizdən çox bahalaşıb. Hazırda qızılın bir unsiyası 2586 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et