Qızılın qiyməti yenidən bahalaşmağa başlayıb | Banco.az

Qızılın qiyməti yenidən bahalaşmağa başlayıb

EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma dərinləşdiyi bir vaxtda, qızıla tələb yenidən arta bilər.

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, avro 1.10 və funt sterlinq 1.28$-a kimi ucuzlaşa bilər. 

Bu baxımından bu gün İngiltərə Mərkəzi Bankının Bakı vaxtı ilə saat 16:30-da verəcəyi önəmli açıqlamalar da investorların diqqət mərkəzində olacaqdır. 

Ən sərfəli kredit üçün müraciət et

Qlobal siyasi və iqtisadi risklərin mövcudluğu isə qızıla olan tələbi də aktual saxlayır. Belə ki, qızılın qiyməti həftənin əvvəli ucuzlaşsa da yenidən bahalaşmağa başlayıb. Bir unsiya üzrə qiymət 1494$-ı yuxarı istiqamətdə qırarsa, yenidən 1511$-a kimi dəyər qazana bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et