Qızılın qiyməti yeni rekord qırdı | Banco.az

Qızılın qiyməti yeni rekord qırdı

Müəllif:Mehin Qasımova,Banco.az 

Dünya əmtəə bazarlarında qızılın qiyməti artmaqda davam edərək növbəti tarixi rekordu qırıb.

Banco.az xəbər verir ki, Comex birjasının məlumatına görə, qızılın bir troya unsiyasının qiyməti 4950 dollar həddini keçib.

Belə ki,  qiymətli metalın qiyməti 4952 dollar səviyyəsinə yüksəlib. Qısa müddət sonra isə kotirovkalar artımını davam etdirərək 4954 dollara çatıb.

Qeyd edək ki, bundan əvvəl — 22 yanvar axşamı qiymətli metallar bazarında da rekord qiymətlər qeydə alınmışdı. Həmin gün qızıl 4887,86 dollar, gümüş 96 dollar, platin isə 2555,80 dollar səviyyəsinə yüksələrək yeni tarixi maksimumlara çatmışdı.

Qızılın bahalaşmasının əsas səbəblərindən biri inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının artan marağıdır. Qlobal qeyri-müəyyənlik və ABŞ tərəfindən təzyiq risklərinin güclənməsi fonunda bu ölkələr valyuta ehtiyatlarındakı mövqelərini möhkəmləndirmək üçün qızıl alışlarını artırırlar.