Müəllif: Tamara Mustafayeva, Banco.az
Dolların bahalaşması fonunda qızılın qiyməti ucuzlaşmağa başlayıb.
Banco.az xəbər verir ki, “OPEC+”ın təəccüblü şəkildə elan etdiyi neft hasilatının azaldılması qərarından sonra qlobal bazarlarda volatilliyin artması səbəbindən dolların mövqeyinin möhkəmlənməsinin təsiri ilə qızıl ikinci gündür ki, ucuzlaşmaqdadır.
Spot bazarda həftənin ilk hərraclarında qızılın bir unsiyası 1950 dollardan aşağı satılıb.
Qeyd edək ki, investorlar FED-in aqressiv monetar sərtləşdirmə siyasətini yumşaltmasını gözləsə də, neft hasilatının azaldılmasının da inflyasiya proqnozuna təsir edəcəyi düşünülür. Bu o deməkdir ki, qızılın da perspektivi pisləşir.
Bizi sosial şəbəkələrdən izləyin!!