Qızılın qiyməti ucuzlaşıb | Banco.az

Qızılın qiyməti ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl FED rəsmilərinin son şərhlərindən sonra yeni həftəyə ucuzlaşma ilə başlayıb.

Banco.az xəbər verir ki, FED-in inflyasiya ilə bağlı açıqlamaları yeni həftənin ilk ticarət günündə qiymətlərə təzyiq göstərib.

Spot bazarda qızılın bir unsiyası 1966 dollardan ucuz satılır.

Qeyd edək ki, bazarlar Hindistandan gələn açıqlamaları da izləyir. Belə ki, Dünya Qızıl Şurası ikinci ən böyük istehlakçı olan Hindistanda qiymətlərin rekord səviyyəyə çatmasının yerli alıcıların gözləmə mövqeyinə keçərək tələbi azaltmasına səbəb olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et