Qızılın qiyməti ucuzlaşdı | Banco.az

Qızılın qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq bazarlarda qızılın unsiyası 1700 dollardan aşağı enib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, səhər saatlarında 1692 dollara qədər geriləyən qızıl fyuçersləri hazırda 1697 dollardan ticarət edilir.

Qeyd edək ki, qızıl ucuzlaşmasına dünən ABŞ-da açıqlanan və proqnozları üstələyən xidmət sektoru üzrə Satınalma Menecerleri İndeksinin (PMI) FED-in aqressiv faiz artımlarına davam edəcəyi gözləntilərini gücləndirməsi səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram