Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Çox yaxın gələcəkdə yalnız bir maliyyə aktivinin ən böyük dəyərə malik olacağı bir vəziyyət yarana bilər”.
Banco.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin xəbərdarlıq edib.
Ekspert izah edib ki, iqtisadiyyatda qlobal səviyyədə pisləşən vəziyyəti nəzərə alsaq, iqtisadi çöküş xaricdə, çox güman ki, ABŞ-da başlayacaq.
Xazin proqnozlaşdırır ki, bu ölkədə dolların sürətlə aşağı düşməsi maliyyə kataklizmlərinin başlamasının nəticəsi olacaq. Nəticədə, bütün Amerika iqtisadiyyatı və maliyyə sisteminin tamamilə nüfuzdan düşə bilər. Böhran başlayandan sonra hər kəs “təhlükəsiz sığınacaq” axtarmağa başlayacaq.
Ekspert hesab edir ki, əmanətlərin alıcılıq qabiliyyətini qoruyacaq yeganə alət qızıl ola bilər. Maliyyə çöküşündən sonra, tələbatın və qıtlığın çox böyük artması səbəbindən qızılın dəyəri yüksələcək.
“İqtisadi kataklizmlərin fonunda yeganə qazanan tərəf, bazarlar çökmədən əvvəl qızıl sikkə və ya külçə alanlar olacaq”.