Qızılın qiyməti daha da yüksələ bilər | Banco.az

Qızılın qiyməti daha da yüksələ bilər

Beynəlxalq maliyyə bazarlarında bu gün Avropa Birliyi zirvə toplantısının yekun nəticəsi, Avrozona və İngiltərənin xidmət və sənaye sektorlarına dair biznes aktivliyi indekslərinin açıqlanması diqqət mərkəzində olacaqdır. Bununla yanaşı, enerji birjalarında son günlər neftin qiymətlərində müşahidə edilən satış dalğası da bahalaşma ilə əvəz edilib. Bunun əsas səbəbi isə Amerika hökümətinin iqtisadiyyata maliyyə yardımının ayrılması xəbərləridir. 

Beləliklə, qlobal iqtisadiyyatda yenidən müsbət tendensiyaların müşahidə edilə biləcəyi ehtimalları, valyuta birjalarında da öz əksini tapıb. Dollar və Funtun qiymətləri bahalaşıb. Avronun qiymətləri isə bu gün AB zirvə toplantısında başlayacaq maliyyə yardımı müzakirələrinin nəticələrindən asılı olaraq dalğalanacaqdır. Toplantıda Korona bondlarının müzakirələri çətinləşdirə biləcəyi də gözləniləndir. 

USD/JPY məzənnəsi də yuxarıda toxunulan səbəb və Yaponiya iqtisadiyyatına dair açıqlanan mənfi fundamental göstəricilər fonunda bahalaşmaqdadır və 108 yen müqavimət səviyyəsinin inamlı qırılması, bahalaşmanın güclənməsinə səbəb ola bilər. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti yeni maliyyə yardımlarının inflyasiyanın artmasına təsir edə biləcəyi ehtimalları fonunda bahalaşmaqda davam edir. Hazırda 1700$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymət, 1720$-ın üzərində möhkəmlənməklə, 1754$-a kimi dəyər qazana bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et