Qızılın qiyməti cüzi bahalaşıb | Banco.az

Qızılın qiyməti cüzi bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiymətində cüzi bahalaşma müşahidə olunur.

Banco.az xəbər verir ki, ABŞ əmək bazarının güclü qalmasına və  istiqraz gəlirlərinin yüksəlməsinə dair göstəricilər fonunda 3 həftəlik minimumuna qədər ucuzlaşdıqdan sonra qızılın qiyməti, əsasən stabilliyini saxlayır.

Spot bazarda qızılın bir unsiyası 1935 dollara satılır.

Qeyd edək ki, qiymətli metal çərşənbə günü ABŞ-da 10 illik istiqraz gəlirlərinin noyabr ayından bəri ən yüksək səviyyəyə çatması ilə təzyiq altında qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram