Müəllif: Tamara Mustafayeva, Banco.az
Qızıl yeni ticarət gününə cüzi ucuzlaşma ilə başlayıb.
Banco.az xəbər verir ki, Çinin ölkə iqtisadiyyatının bərpası üçün daha çox stimullaşdırıcı tədbirlər görəcəyinə dair işarələr və aparıcı mərkəzi bankların faiz artımlarına davam edəcəklərinə dair əlamətlər fonunda qızıl qiymətləri stabilliyini saxlayır.
Hazırda spot bazarda qızılın bir unsiyası 1953 dollara satılır.
Xatırladaq ki, qızıl FED və Avropa Mərkəzi Bankının (ECB) faiz artırmağa davam edəcəyinə dair işarələrlə ötən həftə 0,2 faiz ucuzlaşmışdı. Qiymətli metal bu ay əsasən 1,940-1,980 dar diapazonunda ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!