Qızılın qiyməti bir qədər bahalaşıb | Banco.az

Qızılın qiyməti bir qədər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiymətinə ABŞ-dan gələcək iqtisadi göstəricilər istiqamət verəcək.

Banco.az xəbər verir ki, aşağı istiqraz gəlirləri və dolların zəifləməsi ilə yanaşı, investorların Fed-in monetar siyasətinin müəyyənləşməsinə kömək edəcək bəzi iqtisadi göstəriciləri gözləməsi fonunda qızılın qiyməti bahalaşmağa başlayıb.

Qeyd edək ki, ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bu həftə təxminən 10 baza bəndi düşməklə faiz gətirməyən qiymətli metalın cəlbediciliyini artırıb. FED-in faiz artımını nə vaxt dayandıracağına dair hökm sürən qeyri-müəyyənlik fonunda qızıl bu ay 2000 dollar ətrafında dəyişib.

Hazırda spot bazarda qızılın bir unsiyası 1993 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram