Qızılın qiyməti bir həftənin pik həddinə çatıb | Banco.az

Qızılın qiyməti bir həftənin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fevralda dəyər itkisi ilə üzləşən qızıl bugün istiqamətini yuxarı çevirib.

Banco.az xəbər verir ki, yüksək inflyasiya səbəbindən FED-in  faiz dərəcələrini artırmağa davam edəcəyi gözləntiləri ilə qızılın qiyməti bir həftənin ən yüksək səviyyəsinə çatıb.

Spot bazarda qızılın bir ünsiyası bu səhər 0,3 faiz bahalaşaraq 1833 dollara satılıb. Gümüş, platin və palladiumun da hər biri 1 faizdən çox bahalaşıb.

Xatırladaq ki, FED-in inflyasiyanı nəzarətdə saxlamaq üçün uzun müddət faiz artıracağı gözləntiləri ilə qızıl fevral ayını 5,3 faiz ucuzlaşma ilə başa vurub ki, bu da 2021-ci ilin iyun ayından bəri ən pis aylıq göstəricidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et