Qızılın qiyməti bahalaşmaqda davam edir | Banco.az

Qızılın qiyməti bahalaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiyməti ABŞ-dan gələcək göstəricilərdən əvvəl bahalaşıb.

Banco.az xəbər verir ki, qızılın qiyməti ABŞ-da açıqlanacaq və FED-in gələn həftəki faiz qərarına təsir göstərəcək inflyasiya məlumatlarından əvvəl bahalaşma tendensiyasına 4-cü gündə də davam edib.

Qiymətli metal FED-in şahin mövqeyindəki mötədillik əlamətlərinə görə ötən 5 həftədə 10 faizdən çox bahalaşıb.

Spot bazarda qızılın bir unsiyası günün ilk saatlarında 0,5 faiz artaraq 1797 dollara ticarət edildikdən sonra 1792 dollar ətrafında dəyişib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et