Qızılın qiyməti bahalaşmağa davam edir | Banco.az

Qızılın qiyməti bahalaşmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in faiz qərarından sonra qızıl bahalaşmasını davam etdirib.

Banco.az xəbər verir ki, FED-in uçot dərəcəsini 22 ilin ən yüksək səviyyəsinə çatdırmasından sonra investorların ABŞ-ın sentyabr ayında monetar sərtləşdirməni davam etdirməsini daha cüzi ehtimal kimi dəyərləndirməsi fonunda qızılın qiyməti bahalaşmaqda davam edib.

Spot bazarda qızılın bir unsiyası hazırda 1979 dollara satılır.

Qeyd edək ki, FED-in dünən elan etdiyi 25 baza bəndi faiz artımı qərarından sonra qızılda davam edən bahalaşma artıq üçüncü günə keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram