Comex birjasında 2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 3200 dollardan yuxarı qalxıb.
Banco.az xəbər verir ki, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3209,7 dollar (+2,17%) təşkil edib.
Qızıl fyuçerslərinin qiyməti aprelin 2-də troya unsiyası üçün 3200 dollardan yuxarı qalxaraq tarixi maksimumunu təzələdi. Aprelin 2-də məlumata görə, qiymətli metalın qiyməti 1,12% artaraq 1 troya unsiyası üçün 3201,6 dollar təşkil edib.