Qızılın qiyməti 2020-ci ilin rekord səviyyəsinə yaxınlaşıb | Banco.az

Qızılın qiyməti 2020-ci ilin rekord səviyyəsinə yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiymətində ötən 2 ay ərzində qeydə alınan ən böyük həftəlik dəyər artım reallaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da yenidən intensivləşən bank böhranı Fed-in gözləniləndən daha tez sərtləşməni geri qaytara biləcəyini gündəmə gətirməsi və borc limiti dilemması təhlükəsiz aktivlərə tələbi artırdığı üçün qızılın qiyməti həftə ərzində 3% bahalaşıb.

Sport bazarda qızılın bir unsiyası hazırda 2 min 41 dollara satılır.

Xatırladaq ki, istiqraz gəlirliliyinin azalması, bank böhranı və borc limiti məsələsi martın əvvəlindən bəri əsas gündəm mövzusudur. Bu minvalda, qızılın qiyməti də dünən ötən bir ilin ən yüksək səviyyəsinə qədər bahalaşmaqla 2020-ci ildə müəyyən edilmiş rekord həddə yaxınlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et