Dünya birjalarında qızıl bahalaşmaqda davam edir və unsiyasının qiyməti 1300 dollar səviyyəsinin üzərini görüb.
İnvestorlar şirkətlərin səhmlərinin ucuzlaşması və iqtisadi inkişafın səngiməkdə olduğu haqqında xəbərlərin artması ilə qızıla üz tuturlar. "Etibarlı liman" xarakterli aktivlərin ən qədimi olan qızıla maraq artıb.
Qızıl müqavilələri Comex bazarında 0.4 faiz dəyər qazanaraq unsiyası 1300.40 dollar ilə İyundan bu yana ən yüksək səviyyəsinə çıxdıqdan sonra 1295 dollara düşüb (saat 11:55-ə olan məlumat). Spot qiymətlər də 1298.60 dollara qədər yüksəlib. Gümüş də dəyər qazanaraq İyul ayından bu yana ən yüksək səviyyəsinə çatıb.
Analitiklər bildirilər ki, qızılın bahalaşması investorların qızılın etibarlı olduğunu artan bir şəkildə dərk etməsindən irəli gəlir.
Marja