Qızılın daha da bahalaşacağı gözlənilir | Banco.az

Qızılın daha da bahalaşacağı gözlənilir

UBS İnvestisiya Bankı qızılın unsiya qiymətinin 1800 dolları aşması ehtimalının artdığını nəzərdə tutur.

Bankdan Joni Teves-ə görə May ayında qızılın qiyməti daha da yüksələ və 1800 dolları aşa bilər. 

Bankın qısamüddətli qiymət hədəfi 1790 dollardır.

Hazırda qızılın unsiyasının qiyməti 1705 dollar səviyyəsindədir. 

Koronavirus epidemiyasının səbəb olduğu iqtisadi böhran mühitində, Aprel ayında "etibarlı liman" alışları ilə qızılın unsiyasının qiyməti 1747 dollara qalxaraq son 8 ilin ən yüksək səviyyəsinə qalxmışdı. 

Qızılın qiyməti cari ilin əvvəlindən bu yana təxminən 12% yüksəlib.

Koronavirus epidemiyası qızıla tələbi artırıb.

Teves də xüsusilə korporativ sərmayəçinin qızıla tələbinin artdığına diqqət çəkərək, "qeyri-müəyyənliklərin yüksək olduğu, böhran gözlənilən bu kimi dövrlərdə, real faizlər də mənfiykən qızıl daha cazibədar bir sərmayə vasitəsi olur", -bildirib.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et