"Qızılın bahalaşması yeni başlayır" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Qızılın bahalaşması yeni başlayır"

"Merian Gold & Silver Fund"a görə, qızılın bahalaşması yeni başlayır və investorların Fed-in daha "göyərçin" mövqeyini tam olaraq hesaba qatmaları ilə, qiymətlər yüksəlişə keçəcək.

Fonda görə, bəzi investorlar hələ də kənarda gözləyirlər. Qızılın unsiyasının qiyməti 1360 dolları keçdikdən sonra investorlar alışlara başlayacaqlar. 

Fed-in faiz artırmağı təxirə salması qızılın bahalaşmasına səbəb olur. Ötən həftə Fed sədri faiz artırmaq məsələsində səbrli olacaqları sözünü təkrar edib. 
  
Bu dəqiqələrdə qızılın unsiyası 1294 dollar səviyyələrindədir. Fevralın ortasında qızılın unsiyasının qiyməti 1346.80 dollara qədər qalxmışdı.

"Göyərçin" mövqe yumuşaq pul siyasətinə (faiz artırmamağa), "Şahin" mövqe isə sərt pul siyasətinə (faiz artırmağa) tərəfdar olmaqdır.

Marja