Qızılın bahalaşması sürətlənə bilər | Banco.az

Qızılın bahalaşması sürətlənə bilər

FED-in ehtiyat təbili çalması, qızılı cari həftənin orta qiymətlərinə kimi bahalaşmasına səbəb olub.

Amerika Mərkəzi Bankının (FED) açıqlamalarından sonra dünya birjalarında ticarət aktivliyi qismən azalıb. 

Bank sədrinin gələcək siyasətinin fundamental göstəricilərdən asılı olacağını vurğulaması və risklərin yenidən arta biləcəyinə işarə etməsi, investorların ehtiyatlı davranmalarına səbəb olub. 

Nəticədə əlvan metallar bazarlarında isə qızılın qiymətində bahalaşma müşahidə edilib. Hazırda 1579$-ın üzərində təklif edilən bir unsiya üzrə qiymətdə bahalaşma, 1588$-ın qırılması ilə 1595$-a kimi sürətlənə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et