Qızılın bahalaşması davam edir | Banco.az

Qızılın bahalaşması davam edir

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,77% artaraq 2 958,8 ABŞ dollarına bərabər olub.

Birja məlumatları xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,81% artaraq 33,31 ABŞ dollarına bərabər olub.