Qızıldan hazırlanmış iPhone satışa çıxarıldı - QİYMƏT | Banco.az

Qızıldan hazırlanmış iPhone satışa çıxarıldı - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

18 əyar qızıldan hazırlanmış "iPhone 13" seriyası bazara çıxarılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərənin tanınmış zərgəlik firması "Caviar" texnologiya nəhəngi "Apple"ın sonuncu flagman modeli olan "iPhone 13" smartfonlarının "Total Gold" ("Tamamilə Qızıldan") adlı xüsusi seriyasını hazırlayıb. 18 əyar qızıldan hazırlanan və təkcə 99 ədəd buraxılan bu modellərin satış qiyməti isə təqribən 50 min dollar təşkil edir.

Şirkət qızıl "iPhone 13 Pro Max"ın "zərif barokko tərzi"ndə hazırlandığını, həmçinin modelə aid məlumatların və unikal seriya nömrəsinin də üzərinə həkk olunduğunu bildirib.

Qeyd edək ki, "Total Gold" seriyasına məxsus müxtəlif yaddaş həcmlərinə malik bir sıra "iPhone 13" modelləri mövcuddur ki, bunlardan ən az yaddaş tutumlu modelin qiyməti 42 min 390 dollar müəyyən edilib. "iPhone 13 Pro Max" modelinin qiymətləri isə 48 min 80 dollardan başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et